Azərbaycanın Dövlət Reklam Agentliyi Bakının Baş planının hazırlanması prosesinə qoşulmağa hazırdır

16:31 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycanın Dövlət Reklam Agentliyi (ADRA) reklam konstruksiyalarının istifadəçilərinin elektron qeydiyyatının həyata keçirməsinə hazırlaşır.

Agentliyin direktor müavini Orxan Əliyev bildirib ki, sentyabr ayında ictimaiyyət üçün elektron sistemin təqdimatı olacaq. 

“Azərbaycanda reklam qanunvericiliyi şəhərsalma və memarlıq tələblərinə uyğun olaraq hazırlanıb, eyni zamanda ADRA Bakının yeni baş planının hazırlanması prosesinə qoşulmağa hazırdır və zəruri halda, yeni Baş plana müvafiq olaraq yeni tələblərin hazırlanmasına başlaya  bilər”, - O.Əliyev belə deyib.

 

Bütün xəbərlər