“Azərişıq” aqroparkın elektrik təchizatı üzrə işlərin yerinə yetirilməsi üzrə tender keçirir

16:57 - 18.07.2018


18 iyul, Fineko/abc.az. “Azərişıq” ASC Şabran rayonunda aqroparkın elektrik təchizatı üzrə işlərin həyata keçirilməsi üçün podratçı seçir.

Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 400 manatdır.

Şirkətlər tender təkliflərini 3 sentyabr 2018-ci il tarixinə qədər qəbul edilir. Tender proseduru 4 sentyabr 2018-ci il tarixində keçiriləcək.

Aqropark  “AzEcoFarm” MMC tərəfindən Şabran rayonu ərazisində yaradılır.

 

Bütün xəbərlər