Azərbaycanda aksiz markalarının qiyməti bir neçə dəfə artdı

17:51 - 19.07.2018


19 iyul, Fineko/abc.az. Azərbaycanda aksiz markalarının alınması üçün yeni dövlət rüsumunun tətbiqi aksizli məhsulların dövriyyəsinin tənzimlənməsinin şəklinin dəyişəcək.

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, Azərbaycanda aksiz markalarının alınması üçün yeni dövlət rüsumu tətbiq edilir. Dəyişikliklər alkoqollu içkilər üçün aksiz markalarının 0,06 manat, tütün məmulatları üçün 0,05 manat məbləğində dövlət rüsumunun alınmasını nəzərdə tutulur.

Bu, Azərbaycanda ilk dəfə tətbiq olunacaq yeni dövlət rüsumudur. Daha öncə aksiz markaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən sahibkarlara satılırdı. Alkoqollu içkilər üçün aksiz markalarının qiyməti 0,016 manat, tütün məmulatları üçün 0,0075 manat, pivə üçün isə 0,008 manat təşkil etmişdir.

Aksiz markalarının qiymətinin artması, xüsusən, aksizli məhsullarını dövriyyəsində “track-trace” (T & T) sisteminin istifadəsi planları ilə bağlıdır. Bu sistem istehsalçı və idxalçıdan son istifadəçiyə aksizli məhsullarını nəzarət etmək imkanı yaradacaqdır. Qiymətlərin artması, Azərbaycanda tətbiq olunması planlaşdırılan müasir nəsil aksiz markalarının maya dəyəri, hazırda istifadə olunan markaların qiymətindən baha olacağı ilə bağlıdır.

 

Bütün xəbərlər