Parisdə “Airbus” və “Azərkosmos” arasında əməkdaşlıq müzakirə olundu

20.07.2018,09:46


20 iyul, Fineko/abc.az. İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev Parisdə “ Airbus Group” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delone ilə görüşüb.

İlham Əliyev və Silver Delone “Azərkosmos” ASC ilə “Airbus” arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Xüsusən, tərəflər “Azersky” və “Spot 6” peyklərinin uğurlu fəaliyyətindən məmnunluq bildirdilər”, - Azərbaycan Prezidentinin rəsmi internet saytında belə deyilir.

Bundan əlavə, tərəflər, Azərbaycanın gələcəkdə yeni yüksək ayırdetmə peykləri və peyk texnologiyalarının alacağı haqqında müzakirələr aparıblar.