İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşdü

09:55 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.

Görüşdə Borina Andriye, Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı.

“Borina Andriye Bakı şəhərinin infrastrukturunun yaxşılaşdırılması, yeni tikililərin və parkların tikilməsinə dair işləri yüksək qiymətləndirdi. Söhbət zamanı, bu şirkətin, Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində iştirakı ehtimalı ilə bağlı fikir mübadiləsi aparılıb”, - Azərbaycan Prezidentinin rəsmi internet saytında belə yazılır.

 

Bütün xəbərlər