Parisdə İlham Əliyevin “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşüb

20.07.2018,12:15


20 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Rothschild and Co” arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

“Bank sektorunda, özəlləşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsinə zərurət olduğu vurğulanmışdır”, - Azərbaycan Prezidenti rəsmi internet saytında belə deyilir.

Devid de Rotşild qeyd edib ki, vaxtilə onun babası Azərbaycanda uğurlu fəaliyyət göstərib və özünün də bu ənənənin davam etdirəyəcəyini bildirib.

 

Açar sözlər: Rothschild