İlham Əliyev “IVECO France” şirkətinin prezidenti ilə görüşdü

20.07.2018,13:57


20 iyul, Fineko/abc.az. Bu gün Parisdə Azərbaycan prezidenti İlham Əliyev “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji cəhətdən təmiz avtobusları Bakıda uğurlu fəaliyyət göstərdiyindən məmnunluq hissi ilə qeyd etdi.

“İlham Əliyev, şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğuladı. Həmçinin “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını dedi”,  - bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, Bakının, nəqliyyat infrastrukturunda regionun aparıcı şəhəri olduğunu vurğuladı. O qeyd etdi ki, paytaxtda avtobus depoları beynəlxalq standartlara uyğun təşkil olunub. Silvan Blez şirkətin avtobuslarının ictimai nəqliyyat infrastrukturunun modernləşdirilməsində və şirkətin digər avadanlıqları - kənd təsərrüfatı sektorunda aparıcı rol oynayacağına ümid etdiyini bildirdi.

 

Açar sözlər: IVECO