Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

15:25 - 20.07.2018


20 iyul, Fineko/abc.az. İyulun 19-da ibtidai sinif müəllimliyi və ingilis dili üzrə keçirilmiş test imtahanlarında 2958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq ibtidai sinif müəllimliyi üzrə 57, ingilis dili üzrə  58 bal qeydə alınıb.

İyulun 20-də keçiriləcək ingilis və alman dilləri üzrə test imtahanlarında 3423 namizədin iştirakı nəzərdə tutulur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

 

Bütün xəbərlər