Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi coğrafi məlumatlar bazasının tərtibatçısını axtarır

11:48 - 31.10.2017


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, elektron kənd təsərrüfatı sisteminin yaradılması üzərində işləməyə davam edir.

Tender komissiyasının xəbərində  deyildiyi kimi, nazirlik, elektron kənd təsərrüfatının sistemi üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ilkin coğrafi məlumatları bazasının işlənib hazırlanması xidmətlərinin göstərilməsinə dair tender elan edib.

“Tenderdə iştirak etmək üçün təkliflər 10 noyabr tarixinə qədər qəbul edilir. Prosedur 13 noyabr tarixində, Bakı, Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə ünvanında keçiriləcək”, - xəbərdə belə deyilib.

 

Bütün xəbərlər