Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb etməyi planlaşdırır

16:14 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracı keçirəcək.

“23 iyul tarixində keçiriləcək depozit hərracında AMB 14 gün müddətinə 350 milyon manat məbləğində vəsait cəlb etməyi planlaşdırır. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 8,01% -9,99% səviyyəsində müəyyənləşdirilib”, - deyə bank qeyd edib.

AMB-in depozit hərracı Bloomberg ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər