“GoldenPay-dan“ Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramına dəstək”

16:24 - 20.07.2018


20 iyul, Fineko/abc.az. Goldenpay şirkətinin rəsmi tərəfdaşlığı ilə İyulun 17-də“Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbinə start verilib. Bu layihə 23 iyul tarixləri arasında keçiriləcək.“Təhsil avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahətə başlayıb.

İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan həm orta məktəblərin, həm də modul məktəblərinin 7, 8 və 9-cu sinifşagirdləritəlimçi, eləcədəekspertlərtərəfindənkeçiriləcəkfərdi-inkişaf təlimləri və intellectual yarışlarda iştirak edəcək.

Məlumat üçün bildirək ki,“Təhsila vtobusu–2018” yay məktəbi layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı”, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinindəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” təhsilportalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edəkki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Onlayn ödəmələr bazarında lider olan Golden pay şirkəti Azərbaycanda hər zaman təhsilə və gənclərin fərdi inkişafına dəstək olmaqdadır.Gənclərə nəinki təhsildə, eyni zamanda karyeralarını qurmaqda və təcrübə qazanmaqda Goldenpay şirkəti təcrübə və iş imkanları ilə təmin edir.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra billet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur. Sosial şəbəkədəki kanalları vasitəsilə istifadəçilərə maraqlı kampaniya, layihələr təqdim etməyi planlaşdırır. Yeniliklərlə tanış olmaq üçün Hesab.az-ın mövcud facebook və instagram səhifələrini izləmək və bununla da daha tez xəbərdar olmaq olar. Yenilikləri gözləyin!

Bütün xəbərlər