Bakının şəhərətrafı qəsəbələri arasında ilk bələdiyyə avtobus marşrutu yarandı

10:39 - 23.07.2018


23 iyul, Fineko/abc.az. Bakının Zirə və Mərdəkan qəsəbələri arasında  ilk avtobus marşrutu təşkil edildi.

Bakı Nəqliyyat Agentliyinin  (BNA) məlumatında deyilir ki, 152 nömrəli ilk bələdiyyə avtobus marşrutu Zirə və Mərdəkan şəhərətrafı qəsəbələri arasında sərnişin daşımalarını həyata keçirir.

“Bu marşrutun açılması haqqında qərar, əhalinin müraciəti əsasında qəbul edilmişdir. Bu, bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrutdur”, - məlumatda belə qeyd edilir.

Marşrut xəttində 2 avtobus işləyir, daşınılan sərnişinlərin sayı isə ayda 15-16 min nəfər təşkil edəcək.

 

Bütün xəbərlər