330x110
 

“Azəri Light” markalı neftin qiyməti düşdü

23.07.2018,12:04


23 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,52 (0,7%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,12 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 20 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (19 iyul – 69,46 dollar) 1 dollar (1,44%) qalxaraq bir barelə 70,46 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 20  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (19 iyul – 72,58 dollar) 0,49 dollar (0,68%) yüksələrək  bir barelə 73,07 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 20 iyul tarixli ticarətin nəticəsində  2,61 dollar / barelə təşkil edir.