Azsığorta şirkəti iri həcmli sığorta ödənişləri edib

12:03 - 23.07.2018


23 iyul, Fineko/abc.az. AZSIĞORTA şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirib.

Lənkəran şəhərində yerləşən istirahət mərkəzlərindən birində elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yanğın, digərində isə leysan səbəbindən su basma hadisəsi baş vermişdir.  Həmçinin Bakı şəhərində yerləşən ofis binalarının birində çəkilmiş elektrik xətlərində qısa qapanma baş vermişdir. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 100 240 manat, 129 904 manat və 95 006 manat dəyərində sığorta ödənişi etmişdir. 

Qeyd edək ki, ötən il ərzində də AZSIĞORTA şirkəti iri həcmli sığorta ödənişləri edib. Şirkət, 2017-ci il ərzində ümumilikdə 9.1 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.

 

Bütün xəbərlər