“NIKOIL Bank” “Xəzri” pul köçürmələri sisteminə qoşuldu

14:31 - 23.07.2018


23 iyul, Fineko/abc.az. “NIKOIL” İKB “Xəzri” təcili pul köçürmələri sisteminə qoşuldu.

“NIKOIL Bank”dan təqdim edilən məlumata əsasən, “Xəzri” sistemi fiziki şəxslər arasında bir əməliyyat vasitəsilə 50 min manatadək pul köçürmələrini 5 dəqiqə ərzində aparmağa imkan verir.

“Xəzri” sistemi aşağı komissiya və ATM vasitəsilə 1000 manatadək məbləğin çıxarılması imkanı kimi üstünlüklərə malikdir”, - bankın məlumatında belə deyilir.

“Xəzri” təcili pul köçürmələri sistemi “Kapital Bank” tərəfindən 2007-ci ildə yaradılıb.

 

Bütün xəbərlər