“Azəri Light” markalı neft bahalaşıb

10:45 - 24.07.2018


24 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,1 (1,48%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,22 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 23 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (20 iyul – 70,46 dollar)  2,57 dollar (3,65%) enərək bir barelə 67,89 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 23 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (20 iyul – 73,07 dollar) 0,01 dollar (0,01%) cüzi enərək  bir barelə 73,06 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 23 iyul tarixli ticarətin nəticəsində  5,17 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər