Rusiya turistlərinin yay istirahəti üçün MDB şəhərləri reytinqində Bakı birincidir

11:42 - 24.07.2018


24 iyul, Fineko/abc.az. “TurStat” analitik agentliyi Rusiya turistlərinin yay aylarında istirahəti üçün populyar  MDB şəhərlərinin reytinqini təqdim edib.

TurStat”ın təqdim etdiyi məlumatda deyilir ki, reytinq 2018-ci ilin yayında turist səfərlərinin populyarlığının təhlilinə əsaslanır.

“Reytinqin lideri Bakıdır, ikinci və üçüncü yerdə isə Minsk və Almatı qərarlaşdı. Rusiyalılar arasında 2018-ci ilin yay aylarında populyar MDB şəhərlərinin ilk onluğuna həmçinin Astana, Bişkek, Yerevan, Daşkənd, Kişinyov, Düşənbə və Aşqabad daxil oldular”, - deyə məlumatda bildirilir.

“TurStat”ın məlumatına  görə, turistlər yayda MDB şəhərlərinə orta hesabla iki günlük gəlirlər və sonra kurortlarda dincəlirlər.

Orta hesabla, MDB ölkələrinin şəhərlərində və kurortlarında rusiyalıların istirahəti  yaşama və qidalanma üçün  gündə 50 dollardan 100 dollara  qədər başa gələcək.

“MDB-da ən ucuz yay turları üçün Kişinyovu və Bişkeki seçirlər, istirahət günü və şopinq turları  üçün isə Bakı və Astana liderlik edir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər