Latviyada “Azərbaycan Ticarət Evi” açıldı

13:00 - 24.07.2018


24 iyul, Fineko/abc.az. İyulun 23-də Riqada Azərbaycanın Ticarət Evi açıldı.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Latviya bazarında “Made in Azerbaijan” markasının təşviqi dəstəklənəcək.

“Ticarət Evində Azərbaycanda istehsal olunan məhsulların sərgisi də keçirilir. Bu, şərab, konyak, araq, meyvə şirələri, çay, fındıq, meyvə-tərəvəz və digər məhsullardır”, - məlumatda belə deyilir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ticarət Evinin açılışında bildirib ki, Evin fəaliyyəti Azərbaycanla Latviya arasında ticarət və iqtisadi əlaqələrini daha da artıracaq.

“Azərbaycanın Latviyaya etdiyi ümumi investisiyalar 164 milyon dollar, Latviyanın Azərbaycana isə etdiyi ümumi investisiyalar 84 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda  Latviya kapitalı ilə 40 şirkət fəaliyyət göstərir”, - Sahib Məmmədov belə deyib.

Ticarət Evinin açılışı çərçivəsində   Azərbaycanın “Kaslar” MMC və “Bina Aqro” MMC şirkətləri ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair Anlaşma Memorandumları imzalanıb.

 

Bütün xəbərlər