Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3881 nəfərə birdəfəlik müavinət ödənilib

14:55 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Cari ilin birinci yarımilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3881 nəfər şəxsə birdəfəlik müavinət ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci yarımilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3881 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

Onların hər birinin bank hesabına müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 520 manat birdəfəlik müavinət ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu ilin yanvar-iyun aylarında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 167 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub. Həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında təşkil olunan kurslarda elektrik-qaz qaynaqçısı, tornaçı, avtomobillərin təmiri üzrə çilingər, aşbaz köməkçisi, dülgər xarrat peşələri öyrədilib.

Bütün xəbərlər