Bu ilin birinci yarısında 47 min 477 vergiödəyicisi fəaliyyətini bərpa edib

15:37 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında vergiödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub, qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 40 min 706 (6 min 33 hüquqi şəxs, 34 min 673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı isə 47 min 477 təşkil edib.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergiödəyicilərinin sayından 6 min 681 vergiödəyicisi qədər çox olub. Həmin dövrdə 8501 NKA qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36 faiz çoxalıb.

 

Bütün xəbərlər