Azərbaycanda Bakı-Böyük Kəsik yolunun 378 km sahəsi təmir olundu

15:28 - 31.10.2017


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC, Bakı-Böyük Kəsik yolunun  əsaslı təmirini davam edir.

ADY-dan verilən məlumata əsasən, dəmir yolunun Sığırlı-Karrar mənzilində 12,8 km yolun əsaslı təmiri başlandı.

“Bu sahənin təmiri on gün ərzində davam edəcək”, - məlumatda belə qeyd edilmişdir.

“ADY QSC ilə Çexiya Respublikasının MORAVIA STEEL şirkəti arasında 14 aprel 2015-ci il tarixində  Azərbaycan Respublikası Dəmir Yollarının rekonstruksiyası layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi haqqında ixrac müqaviləsinə əlavə  Saziş imzalanmışdır.

Müqavilə,  Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmirini ehtiva edir.

Bu günə kimi, ikinci mərhələ çərçivəsində  378  km dəmir yolu əsaslı təmir olunub.

 

Bütün xəbərlər