Kondisioner ofis işçilərində ciddi xəstəliklərə səbəb ola bilər.

24.07.2018,16:03


24 iyul, Fineko/abc.az. Qızmar yay günlərində isti və boğucu havadan sərin ofis, ev və ya mağazaya daxil olmaq çox gözəl hissdir. Lakin saatlarca kondisioner olan otaqda qalmaq bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə otaqda temperatur çöldəki havadan 5*dən çox fərqlənirsə xəstələnmə riski xeyli artmış olur.

Kondisioner otaqdakı havanı “geri üfürməklə” soyudur. Kondisioner qapalı otaqda işlədilməli olduğu üçün ventilyasiya təmin olunmur və otaqda çalışanların tənəffüsü ilə əlaqədar tədricən karbon qazının, həmçinin patogen virusların, elektron cihazlardan ayrılan zərərli maddələrin  və s miqdarı artır. Kondisionerlərdə təmizləyici filtrlərə düzgün qulluq olunmadığı hallarda bakterial və virus xəstəliklərinin çalışanlar arasında sürətlə yayılması qaçınılmaz olur. Xüsusilə yeni iş həftəsinin ilk günü və ya tətildən sonrakı ilk gündə kondisionerdən istifadə etməyə tələsməmək lazımdır. Çünki, kondisionerin səthinə hopmuş toz və ya viruslar yayılaraq xəstəliklərə səbəb ola bilər.

Kondisoner  hansı xəstəliklərin yaranmasına səbəb ola bilər?

•  KRVİ (kəskin respirator virus infeksiyası)

•  Limfa düyünlərinin böyüməsi və iltihabı

•  Allergik xəstəliklər

•  Bronxit, Pnevmoniya

•  Bonxial Astma

•  Qırtlağın ödemi

•  Quru göz sindromu

•  Oturaq sinirin nevriti

Nə etməli?

•   Kondisioneri qoşmamışdan öncə otağın havasını dəyişin.

•   Otaqda yaş dəsmalla təmizlik etməyə çalışın.

•   Həftənin ilk iş günündə kondisioneri qoşduqdan dərhal sonra çalışmağa başlamayın, bir neçə dəqiqə gözləyin.

•   Üç aydan bir filtri dəyişməyə çalışın.

•   Kondisionerin səthini tozdan təmizləyin.

Həmçinin:

 -   Kondisionerin hava axınının qarşısında oturmayın;

-    Özündə nəmi saxlaya bilən təbii parçadan olan geyimlərdən istifadə edin;

-     Maye qəbulunu artırın.