330x110
 

Yay məktəbi Qəbələdə yekunlaşıb

24.07.2018,16:33


24 iyul, Fineko/abc.az. İyulun 23-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib.

Tədbirdə  layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Qəbələ filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Qəbələ Rayon Təhsil Şöbəsinin nümayəndəsi, Seyidqışlaq, Cığatel kəndindən olan məktəblilər iştirak ediblər.

Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

Bildirilib ki,  "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaqdır.

Qeyd edək ki, artıq üçüncü ildir ki, keçirilən yay məktəbinə iyulun 17-dən start verilib. Proqram çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib.