330x110
 

Rusiya gənclərinin Azərbaycana səfəri başlayır

24.07.2018,16:37


24 iyul, Fineko/abc.az. Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir.

Hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.
Bu il də ənənəvi olaraq, 24-29 iyul 2018-ci il tarixlərdə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
Şəfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər.