“SOCAR Ukrayna” qaz idxalında lider oldu

17:18 - 24.07.2018


24 iyul, Fineko/abc.az. “SOCAR” kommersiya şirkətləri arasında Ukraynaya qaz idxalında lider oldu.

“SOCAR Energy Ukraine” şirkətinin məlumatında deyildiyi kimi, 2018-ci ilin birinci yarımilliyində “Socar Ukrayna” Ticarət Evi 250 milyon kubmetr qaz idxal edib ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, 4 dəfə çoxdur.

“Biz təbii qaz idxalının həcmini artırmağa və bazarda mövcudluğumuzu artırmağa davam etməyi planlaşdırırıq. Bizə etibar edirlər, çünki SOCAR vicdanlı və etibarlı tərəfdaşdır və bu da Ukrayna üçün böyük əhəmiyyət kəsb edir. Bizim irəliyə fəal  hərəkətimiz, enerji bazarının biznes üçün daha açıq  olduğunu göstərir”, - “SOCAR Energy Ukraine” şirkətinin  Baş direktoru Elçin Məmmədov belə deyib.

Qeyd edək ki, “Socar Ukraine” Ticarət Evi, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu olan SOCAR Şirkətlər Qrupuna daxildir, neft məhsullarının kiçik və böyük topdansatış  istiqamətini inkişaf etdirir. 2017-ci ilin əvvəlindən təbii qaz bazarına çıxıb.

 

Bütün xəbərlər