Maliyyə Nazirliyi DOİ yerləşdirilməsi üzrə hərrac keçirib

17:35 - 24.07.2018


24 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazlarını (DOİ) reallaşdırdı.

BFB-in məlumatına görə, iyulun 24-də AZ0106012690 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətinə DOİ buraxılışı yerləşdirilmişdir.

7 investordan 18 195,3 min manat məbləğində 12 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza  93,8048 AZN-dən (illik gəlirlik iddiası 11,5000%)  100,0000 AZN-ə qədər (9,0000%) qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən,  kəsmə qiyməti 95.4897 AZN (gəlirlik 10.8000%), orta ölçülmüş qiyməti 97.6330 AZN (9.9316%) müəyyən edilmişdir.

Nəticədə 15 milyon manat həcmində DOİ yerləşdirilmişdir.

DOİ-in ödəmə müddəti – 20 iyul 2021-ci il.

 

Bütün xəbərlər