İlham Əliyev Yunanıstan Prezidentinə başsağlığı verib

11:16 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti, meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Yunanıstan prezidenti Prokopis Pavlopulosa başsağlığı verib.

 “Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi”, - Azərbaycan prezidentinin müraciətində belə deyilıir.

İlham Əliyev həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi, yaralananların tezliklə sağalmasını arzuladı.

Son məlumatlara görə, Yunanıstanda baş verən  meşə yanğınları nəticəsində 74 nəfər həlak olub.

 

Bütün xəbərlər