Bakı ətrafında avtomobil yolunun tikintisi üçün vəsait ayrılıb

11:17 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda avtomobil yolunun tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

“Bakının Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinə 7,9 milyon manat ayrılsın”, - Azərbaycan prezidentinin sərəncamında belə deyilir.

Lökbatan–Qızıldaş yolu 46 min əhalisi olan 4 yaşayış məntəqəsini birləşdirir.

Avtomobil yolunun tikintisi üçün vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində həyata keçiriləcək.

 

Bütün xəbərlər