Azərbaycan nefti ucuzlaşdı

11:23 - 25.07.2018


25 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,1 (0,13%) dollar enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,12 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 24 iyul tarixli ticarətin nəticəsində 0,63 dollar (0,93%) yüksələrək bir barelə 68,52 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 24 iyul tarixli ticarətin nəticəsində 0,38 dollar (0,52%) yüksələrək  bir barelə 73,44 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 24 iyul tarixli ticarətin nəticəsində  4,92 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər