Xidmətlər və məhsullara aid müqavilələrin unifikasiyasının modelinin müəyyənləşdirilməsi müzakirə olunub

15:12 - 25.07.2018


25 iyul, Fineko/abc.az.  Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupun iclası keçirilib.

İclasda müqavilələrin unifikasiyasının modelinin müəyyənləşməsi, müqavilədə ümumi qayda və şərtləri, həmçinin müqavilənin strukturu müzakirə edilib.

İclasın sonunda avqustun 15-dək müqavilənin ilkin versiyasının hazırlanaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına və Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) təqdim olunması, növbəti həftənin sonunadək standart müqavilələr üzərində rəylər və düzəlişlərin edilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Bütün xəbərlər