Korrupsiyaya qarşı mübarizədə 2018-ci ilin 6 ayı ərzində 25 milyon manatdan çox dəyərində əmlak üzərinə həbs qoyuldu

15:34 - 25.07.2018


25 iyul, Fineko/abc.az. 2018-ci ilin 1-ci yarısında  Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində cinayət işlərində ümumi dəyəri 25 milyon manatdan çox  olan əmlak üzərinə həbs qoyuldu.

İlin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətə həsr olunmuş mətbuat konfransında Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd etdi ki, ibtidai istintaq mərhələsində məhkəməyə göndərilən cinayət işləri üzrə 51,19 milyon manat həcmində yetirilmiş maddi ziyandan 16,578  milyon manatın qaytarılması təmin edilib.

“Qalan zərərin ödənilməsi üçün, ümumi dəyəri 25,34 milyon manat  olan əmlak  üzərinə həbs qoyulmuş və qanunla nəzərdə tutulmuş digər tədbirlər görülmüşdür”, - deyə Kamran Əliyev bildirib.

 

Bütün xəbərlər