“SOCAR AQŞ” və “KCA Deutag” birgə müəssisə yaradır

15:45 - 25.07.2018


25 iyul, Fineko/abc.az. “SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkəti birgə müəssisə yaradır.

“SOCAR AQS” şirkətinin məlumatında deyilir ki, tərəflər arasında müvafiq razılaşma iyulun 26-da imzalanacaq.

Daha əvvəl “KCA Deutag” şirkətinin kommunikasiya şöbəsinin müdiri Dayan Stüart, şirkətin Azərbaycanda və Xəzər regionunda layihələrə qatılmaq niyyətində olduğunu bildirib.

“KCA Deutag” BP-nin yalnız Azərbaycanda deyil, həmçinin digər ölkələrdə, xüsusən də Qazaxıstanda əsas podratçılarından biridir.

Şirkət Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərir. Şirkətin baş ofisi Böyük Britaniyanın Aberdin şəhərində yerləşir.

Hazırda SOCAR AQS  “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında qazma işləri aparır.

 

Bütün xəbərlər