AMB qısamüddətli notlar yerləşdirdi

25.07.2018,16:39


25 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki iyulun 25-də AMB hərracda  50100770S dövlət nömrəli, 250 milyon manat həcmində və 28 gün müüdətinə notlar təklif etmişdir.

14 investor tərəfindən qiyməti  99.3812 AZN (gəlirlik 8.01%) olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466 266 000,00   AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (gəlirlik 8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (gəlirlik 8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində  250 min həcmində istiqrazlar  yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 22  avqust  2018-ci il.