Azərbaycanda Amerika valyutasının məzənnəsi 1,7003 AZN/1 USD təşkil etdi

16:38 - 31.10.2017


Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) bu gün növbəti ikitərəfli valyuta hərracında iştirak etdilər.

AMB-nın məlumatına görə, hərracın yekunları üzrə Amerika valyutasının orta ölçülmüş məzənnəsi 1 USD = 1,7003 AZN  təşkil etdi.

26 oktyabr tarixində keçirilmiş əvvəlki hərracda məzənnə 1 USD = 1,7002 AZN təşkil etmişdir.

 

Bütün xəbərlər