Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

11:07 - 26.07.2018


26 iyul, Fineko/abc.az. İyulun 25-də Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlarda 3518 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb. İyulun 26-da keçiriləcək  Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Bütün xəbərlər