Azərbaycan nefti bahalaşdı

11:16 - 26.07.2018


26 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,25 (0,33%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,37 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 25 iyul tarixli ticarətin nəticəsində 0,78 dollar (1,14%) yüksələrək bir barelə 69,30 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 25 iyul tarixli ticarətin nəticəsində 0,49 dollar (0,67%) yüksələrək  bir barelə 73,93 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 25 iyul tarixli ticarətin nəticəsində  4,63 dollar / barelə təşkil edir.

 

 

Bütün xəbərlər