Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirildi

16:41 - 31.10.2017


Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

İclas əsnasında Azərbacan Prezidenti deyib ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir.

Azərbaycan dövlətinin rəhbəri deyib: “Gündəlikdə, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda birgə fəaliyyət, iqtisadi sahədə əməkdaşlıq, hərbi və hərbi-texniki əməkdaşlıq, energetika və nəqliyyat məsələləri kimi bir cox məsələlər var. Gündəlik kifayət qədər ətraflıdır, bütün istiqamətlər üzrə yaxşı nəticələr əldə edilib. Bizim qəbul etdiyimiz qərarlar yerinə yetirilir, həmçinin, birgə hökumətlərarası komissiya öz işini uğurla icra edir. Mən əminəm ki, bu gün geniş tərkibdə müzakirə olunan məsələlər də həmçinin yaxşı nəticələrə gətirib çıxaracaq”.

Öz növbəsində, Türkiyə Prezidenti Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun yüksək səviyyəyə çatdırıldığından sevinc  hissini  bildirdi.

Türkiyə prezidenti qeyd etdi: “Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Yaxın vaxtlarda vətəndaşlar yalnız Qarsdan Bakıya deyil, həmçinin Pekinə, Londona qədər də səyahət edəcəklər”.

 

Bütün xəbərlər