330x110
 

Müdafiə naziri Moskva şəhərinə səfər edəcək

26.07.2018,11:54


26 iyul, Fineko/abc.az. İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.