Valyuta hərracında dolların məzənnəsi Azərbaycanda dəyişmədi

13:13 - 26.07.2018


26 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə bu gün valyuta hərracı keçirib.

“İyulun 26-da  Mərkəzi Bank Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyulun 24-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər