BƏƏ rezidentləri ilkin viza almadan Azərbaycana səfər edə bilərlər

27.07.2018,11:31


27 iyul, Fineko/abc.az. Artıq BƏƏ rezidentləri ilkin viza almadan Azərbaycana səfər edə biləcəklər.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində Səfirliyindən əldə edilən məlumata görə, 2018-ci il iyulun 26-dan başlayaraq BƏƏ-nin bütün rezidentlərinə Azərbaycana gəlmə zamanı turist vizası almağa imkan veriləcək.

Həmin tarixdən BƏƏ-nin bütün rezidentləri Azərbaycanın BƏƏ-dəki Səfirliyində və ya Baş Konsulluğunda ilkin viza almadan Azərbaycana səfər edə bilərlər.

Azərbaycan ərazisində 15 gündən çox müddətdə qalmağı planlaşdırılan bütün xarici vətəndaşlar Azərbaycan Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər.

Bu dəyişikliklər yalnız 30 gün müddəti olan turist vizasına tətbiq edilir.