Azərbaycanda 6 ay ərzində 19,38 milyon ton neft hasil edilib

12:20 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilin 6 ayı ərzində 3,7 milyon ton neft hasil edib.

“Ümumilikdə, Azərbaycanda ilk yarım ildə neft hasilatı 19,38 milyon ton neft təşkil edib ki, bu da ötən ilin yanvar-iyun aylarında qedy edilən göstəricidən 1,2% çoxdur”, - deyə ARDNŞ-dən bildirilib.

ARDNŞ-nin məlumatına görə, 2018-ci ilin ikinci rübündə Dövlət Neft Şirkəti 1,9 milyon ton neft hasil edib ki, bu da ilin birinci rübündəki göstəricidən 3,6% çoxdur.

2017-ci ildə şirkət 7,427.1 min ton neft hasil edib ki, bu da 2017-ci ildə Azərbaycanda istehsal olunan bütün neftin 19,2%-ni təşkil edir.

 

Bütün xəbərlər