6 ay ərzində Azərbaycanda 14,36 milyard kubmetr qaz hasil edilib

12:21 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilin birinci yarısında 3,2 milyard kubmetr qaz hasil edib ki, bu da 2017-ci ilin eyni dövrünə nisbətən 8,5% çoxdur.

“Ümumilikdə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 14,36 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur”, -  deyə ARDNŞ-dən bildirilib.

ARDNŞ-ın məlumatına görə, 2018-ci ilin ikinci rübündə Dövlət Neft Şirkəti 1,66 milyard kubmetr qaz hasil edib ki, bu da birinci rübün göstəricisindən 5,29% çoxdur”, - deyə şirkətdən bildiriblər.

Qeyd edilmişdir ki, 2017-ci ildə ARDNŞ 6089 milyon kubmetr qaz hasil edib ki, bu da Azərbaycanda ümumi qaz hasilatının 21,3%-ni təşkil edir.

 

Bütün xəbərlər