27.07.2018,13:17
27 iyul, Fineko/abc.az. 2018-ci ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 6,1 milyon ton xam neft ixrac edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
2018-ci ilin iyun ayında xam neftin ixracı 2,1 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
Neft məhsullarının ixracında 19% səviyyəsində artım qeydə alınıb. 2018-ci ildə neft məhsulları ixracı 410 min tondan çox təşkil edib, 2017-ci ilin aprel-may-iyun aylarında isə təxminən 350 min ton neft məhsulu ixrac edilib. Bu dövr ixrac zamanı dizel yanacağının həcmi təxminən 48%, izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artmışdır.
Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qeyd edir ki, AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırmışdır.
Bundan əlavə, 2018-ci ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olmuşdur.
18 May 2022 | 17:28
18 May 2022 | 17:18
18 May 2022 | 17:04
18 May 2022 | 16:53
18 May 2022 | 16:34
18 May 2022 | 16:17
18 May 2022 | 16:03
18 May 2022 | 15:55
18 May 2022 | 15:38
18 May 2022 | 15:29
18 May 2022 | 15:25
18 May 2022 | 15:18
18 May 2022 | 15:09
18 May 2022 | 14:55
18 May 2022 | 14:45
17 May 2022 | 15:41
17 May 2022 | 15:47
17 May 2022 | 15:56
17 May 2022 | 15:20
17 May 2022 | 16:37
17 May 2022 | 16:59
17 May 2022 | 17:11
17 May 2022 | 15:31
17 May 2022 | 17:19
17 May 2022 | 16:22