Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

13:19 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib

Azərbaycan XİN-dən verilən  məlumata əsasən, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik  edib.

“Qörüşdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq ruhunda əlaqələrin inkişafı ilə bağlı məmnunluq ifadə olundu. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə əməkdaşlıq, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuş, qarşılıqlı maraq kəsb edən sahələrdə təcrübə mübadiləsi aparılmışdır”, - XİN-dən verilən məlumatda belə deyilir.

Görüşdə tərəflər bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğuladılar.

 

Bütün xəbərlər