Depozit hərracında 350 milyon manat həcmində vəsaitin cəlb olunması planlaşdırır

17:15 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirəcək.

“30 iyul tarixində keçiriləcək depozit hərracında AMB 14 gün müddətinə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 8,01% -9,99% səviyyəsində müəyyənləşdirilib”, - AMB-in məlumatında belə deyilir.

AMB-in depozit hərracı Bloomberg ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər