Dövlət Miqrasiya Xidməti tərəfindən 74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

12:21 - 30.07.2018


30 iyul, Fineko/abc.az. Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb.

Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.  

Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

 

Bütün xəbərlər