“Fitch” Azərbaycanın uzunmüddətli IDR reytinqini BB + səviyyəsində təsdiqləyib

13:44 - 30.07.2018


30 iyul, Fineko/abc.az. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentilyi, sabit proqnoz saxlanmaqla,  Azərbaycanın emitentinin uzunmüddətli reytinqlərini yerli və xarici valyutada “BB+” səviyyəsində təsdiqlədi. Bunu, Agentiliyin press-relizində bildirdilər.

Qısamüddətli  IDR yerli və xarici valyutada “B” reytinqində təsdiqlənib, böyük təmin edilməmiş borc üzrə emitentin reytinqi  yerli və xarici valyutada  “BB+” səviyyəsində, ölkə həddu reytinqi  “BB+”, böyük təmin  edilməmiş qısamüddətli istiqrazlar üzrə yerli valyutada “B” reytinqində  təsdiq edilib. 

“BB +” reytinqləri  yüksək neft gəlirləri dövründə artıqlıqların yığılmasından irəli gələn,  Azərbaycanın güclü xarici balansı və aşağı dövlət borcunu, siyasətə görə zəif inkişaf etmiş və proqnozlaşdırılmayan iqtisadiyyatın karbohidrogenlərin güclü asılılığını,  aşağı idarəetmə göstəricilərini və zəif bank sektorunu əks etdirir.

“Fitch”in məlumatına görə, 2017-ci ilin sonlarında Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 81% səviyyəsində qiymətləndirilir. Eyni zamanda, Agentliyin qeyd etdiyi kimi, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2018-ci ilin birinci rübündə 5,1% artaraq 37 mlrd. dollara çatmışdır.

“Fitch”, neftin qiymətlərinin düşməsi, milli valyuta məzənnəsinin devalvasiyası və maliyyə siyasətinin sərtləşməsi ilə əlaqədar problemlərdən sonra Azərbaycan iqtisadiyyatının ləng bərpasını qeyd edir.  Agentliyin hesablamalarına görə, 2018-ci ildə Azərbaycanın ÜDM-in artımı, daha yüksək neft qiymətləri, kənd təsərrüfatı və turizm sektorlarında artım fonunda 2% təşkil edəcək.

Eyni zamanda, agentlik iqtisadiyyatın xammal ehtiyatlarından, xüsusilə neft və qazdan (ÜDM-in 44%, ixracın 90%, vergi daxilolamalarının 50%) asılılığını vurğulayır. Qeyri-neft sektorunun artım templəri tədricən artmaqdadır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin tədricən baş verəcəyi gözlənilir.

“Fitch” Azərbaycanda, 2017-ci ilin sonunda 12,9% ilə müqayisədə, 2018-ci ilin may ayının sonunda  orta illik inflyasiyanın  3,2%-ə qədər azalmasını,  bank əmanətləri üzrə dollarlaşmanın  63%-ə qədər (2017-ci ilin sonunda 67%-dən), bank kreditləri üzrə 39% (41%) azalmasını qeyd edir.

Eyni zamanda, pul-kredit siyasəti, əvvəlki kimi, dollarlaşmanın yüksək səviyyəsi və zəif pul bazarı ilə məhdudlaşır ki, bu da  inflyasiyanı ortamüddətli məqsədə yönəldir. 2017-ci il aprel ayından etibarən bir ABŞ dollarına 1,7 manat səviyyəsində saxlanılan məzənnənin sabitliyi, valyuta məzənnəsinin tam olaraq dəyişməyəcəyini göstərir.

“Fitch”in hesablamalarına görə, Azərbaycanın ödəniş balansının cari əməliyyatlarının  hesabının artıqlığı 2018-ci ilin sonuna kimi ÜDM-in 6,4%-ni təşkil edəcək. Eyni zamanda, yüksək neft qiymətləri,  Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi və Şahdəniz yatağından qaz hasilatı Mərhələ 2 çərçivəsində  karbohidrogen ixracının artmasına şərait yaradacaq. Bu, öz növbəsində, Mərkəzi Bankın və ARDNF-nin valyuta ehtiyatlarının artmasına səbəb olacaqdır.

Press-relizdə qeyd edilir ki, 2018-ci ilin sonunadək Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 21%-ə qədər enəcək.

“Fitch”, həmçinin, prezident İlham Əliyevin aprelin 11-də keçirilən seçkilərdə qalib gəlməsindən sonra Azərbaycanda sabit daxili siyasi vəziyyətin qorunmasını proqnozlaşdırır. Eyni zamanda, agentlik həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi risklərin mövcudluğunu qeyd edir.

Yaxın perspektivdə həllə aparan danışıqlar gözlənilmir. Nəticədə, eskalasiya real risk olaraq qalır.

Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə “ccc” göstəricisinə uyğundurrilir.

2018-ci ilin aprel ayında bak sektorunda kapitalın kifayətliliyi göstəricisi 2017-ci ilin sonuna olan 18,4%-dən 17,2%-ə enib (Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan), qeyri-işlək kreditlər mayın əvvəlinə 21%-dək artıb, rentabelliklə bağlı problemlər var.

“Fitch”in qiymətləndirmələrinə görə, cari ilin aprel ayında bank sektoru üzrə xalis açıq valyuta mövqeyi (ABB nəzərə alınmadan) 1,5 mlrd. manat (ÜDM-nin 1,8%-i) təşkil edib.

Bununla yanaşı, “Fitch” 2017-ci ildə xarici öhdəliklərin restrukturlaşdırılmasından sonra ABB-nin kapitallaşmasının və aktivlərinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir.

Lakin bu ilin I rübündə bankın $1,2 mlrd. (ÜDM-nin 2,5%-i) məbləğində xalis açıq valyuta mövqeyinin bağlanması Azərbaycan hökuməti üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər.

 

Bütün xəbərlər