14:26 - 30.07.2018
30 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxsi Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərib.
Xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan şəxslərdən 60 nəfəri Quba, 40 nəfəri Xaçmaz (Nabran) rayonundakı istirahət mərkəzlərinə yola salınıb.
Proqrama uyğun olaraq, cari ilin yaz-yay mövsümündə 900-dən çox əlilliyi olan şəxsin Lənkəran, Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024