Azərbaycanda turistlər ilin birinci yarısında bank kartları vasitəsilə 600 milyon manatdan çox həcmdə əməliyyat həyata keçirdilər

16:01 - 30.07.2018


30 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında 189 ölkədən Azərbaycana 1 325 min xarici vətəndaş gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına əsasən, 2018-ci ilin 1-ci yarısında Azərbaycana gələn əcnəbi vətəndaşlar bank kartları vasitəsilə 620,4 milyon manat məbləğində əməliyyatlar həyata keçirilir.

Keçən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatların həcmi 22,3% artıb.

Cari ilin iyun ayında əcnəbi vətəndaşlar tərəfindən  bank kartları ilə keçirilən  əməliyyatların həcmi 106,7 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin iyun ayındakı göstərici ilə müqayisədə 27,3% çoxdur.

İlin birinci yarısında Azərbaycana gələn əcnəbi vətəndaşların sayından  30,5% Rusiyadan,  21,1% Gürcüstandan, 11,1% İrandan, 10,8% Türkiyədən, 3,6% BƏƏ-dən gələn turistlər olub.

MDB ölkələrindən Azərbaycana gələn turist axını 478,3 min nəfər təşkil etmişdir. Aİ ölkələrindən Azərbaycanı 53,5 min nəfər ziyarət etmişdir.

 

Bütün xəbərlər