330x110
 

Xeyli miqdarda aksiz markasız arağın realizə edilməsinin qarşısı alınıb

30.07.2018,16:33


30 iyul, Fineko/abc.az. Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana sərnişin daşıyan "Mercedes-Benz 0403" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Gürcüstan vətəndaşı Turan Nabievin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 7 ədəd sellofan torbada cəmi 95 ədəd 1 litrlik müxtəlif adda araqlar aşkar olunub.